Türkiyənin Aydın Vilayət Jandarma Komandanlığı vətəndaşlara xəbərdarlıq edib.
Lent.az xəbər verir ki, xəbərdarlıqda yalnızca Koçarlı rayonu Mersinbelen sərhədləri daxilində böyüyən Sultan çiçəyinin (Crocus Nerimaniae) qoparılması və ya zədələnməsinin 557212 lirə (22635 AZN) inzibati cərimə ilə nəticələnəcəyi bildirilir.
Bildirilib ki, Sultan çiçəyinin çiçəkləmə dövrü payızın ilk yağışından sonradır və cəmi 15 gün çiçək açır.