Həyətdə əkilən ağaclar təkcə ərazini abadlaşdırmır.
Lent.az xəbər verir ki, bağbanlar bəzi ağacları əkməyi tövsiyə etmir. Çünki həmin ağaclar digər əkinlərə zərər verə bilər.
Yabanı ladin ağacı
Bu bitki böyük kök sisteminə malikdir. Yaxınlığında hər hansı toxum əksəniz, onun normal inkişafı və böyümək şansı minimaldır.
Ağcaqayın ağacı
Bu bitki torpaqdan su çəkməyə meyllidir. Bu baxımdan ağcaqayın ağacına ən yaxın əkinlər nəmdən məhrum olacaq.
Söyüd ağacı
Bu ağac torpağı qurudur. Buna görə də, yaxınlıqda başqa əkinlər varsa, onların çox zəif olacağı ehtimalı var.