11 il İspaniya nəhəngi “Real”da oynadıqdan sonra 2007-ci ildə "Fənərbaxça"ya transfer olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 3 mövsüm bu komandanın formasını geyinən məşhur braziliyalı, eyni zamanda "Sivasspor" və "Akhisar Bələdiyəspor" komandalarının məşqçisi olub.
İllər sonra İstanbulda fotoları çəkilən dünyaca məşhur braziliyalı ulduz ötən gecə Kuruçeşmədə olub.
Gecəni köməkçisi və cangüdəni ilə Kuruçeşmədəki əyləncə məkanlarından birində keçirən 49 yaşlı keçmiş futbolçu və məşqçi rəfiqələri ilə cəhənnəm gecəsini yaşayıblar. Gözəl əcnəbilər də diqqətdən yayınmayıb.
Mətbuat mənsublarının çöldə olduğunu anlayan Roberto Karlos, çölə çıxarkən hədəfə sürpriz etməyə çalışan köməkçisi və cangüdəni ilə məkandan çıxarkən üzünü gizlətməyə çalışıb. Evlərinə apardıqları dostları daha sonra məkanı tərk ediblər.
2009-cu ildə Mariana Lukkonla ailə quran braziliyalı ulduzun 8 övladı var. Karlos 2014-cü ildə "Sivasspor"u çalışdırarkən İtaliyanın "La Gazzetta diello Sport" nəşrinə müsahibəsində demişdi: "İki dəfə evləndim. Səkkiz uşağım var, amma inanın ki, nə qədər anadan olduğunu unutmuşam. Biri meksikalı, biri macar, qalanları isə braziliyalılar, məncə ya altı, ya da yeddidir”.