Boris Conson - Ulduzların və kral  ailəsinin sevimlisi:   Nəyə görə?
11 iyul 2022 15:05 (UTC +04:00)

Boris Conson - Ulduzların və kral ailəsinin sevimlisi: Nəyə görə?

İyulun 7-də Boris Conson istefa vermək qərarını açıqladı. 2019-cu ildən Böyük Britaniyanın baş naziri idi və Mühafizəkarlar Partiyasının lideri postuna rəhbərlik edirdi.

Məlumdur ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan sonra Boris Conson aktiv Ukraynayönümlü mövqe tutub və anti-Rusiya sanksiyalarını dəstəkləyib.

Lent.az xarici mediaya istinadla Boris Consonun dünya məşhurları ilə ulduz fotolarını - Kraliça Yelizavetadan Arnold Şvartseneggerə qədər təqdim edir:

II Yelizaveta

Əlahəzrət 70 ildir ki, kral taxtındadır. Onun hakimiyyəti dövründə Britaniyada 14 baş nazir, Amerikada da elə bu qədər prezident dəyişikliyi baş verib.

Conson Kraliça II Yelizaveta ilə həftəlik rəsmi qəbullara qatılırdı. Bununla belə, koronavirus pandemiyası zamanı şəxsi görüşlər virtuallaşmışdı.

Şahzadə Harri və Meqan Markl

Sassek hersoqu və gersoginyası 2018-ci ilin yazında Londonda Boris Consonun ev sahibliyi etdiyi qadınların hüquqlarının və imkanlarının gücləndirilməsi ilə bağlı qəbulda iştirak edib.

Şahzadə Harri kral ailəsindən qalmaqallı şəkildə getməzdən əvvəl baş nazirlə birlikdə tez-tez rəsmi tədbirlərə qatılırdı.

Maraqlıdır ki, britaniyalılar hətta II Yelizavetanın nəvəsi ilə siyasətçinin bir qədər oxşar olduğunu bildiriblər. Xüsusilə, bu, onların həyatlarında buraxdıqları səhvlərə və qaydaların pozulmasına aiddir.

Şahzadə Uilyam və Keyt Middlton

Boris Conson kral cütlüyü ilə 2021-ci ildə BMT-nin COP26 iqlim dəyişikliyi konfransının keçirildiyi Qlazqoda görüşüb.

Tədbirdə həmçinin Şahzadə Çarlz və Kornuoll hersoginyası Kamilla da olub.

Bekhemlər və Tom Kruz

Boris Conson Avro-2020-nin final oyunu günü futbol ulduzu Devid Bekhem və oğlu ilə Londondakı "Uembli" stadionunun qarşısında şəkil çəkdirib.

O, həmçinin aktyor Tom Kruz ilə futbol oyununda tanış olub.

Yeri gəlmişkən, baş nazir xüsusi olaraq komandanın formasını geyinmişdi. Amma bu, İngiltərə yığmasına uğur gətirməyib, komanda İtaliyaya penaltilərdə uduzub.

Arnold Şvartsenegger

Hollivud ulduzu, keçmiş qubernator Arnold Şvartsenegger Conson hələ Londonun meri olarkən onu ziyarətə gəlib. Onlar velosiped icarəyə götürüb, şəhəri gəzib dolaşmaqla yanaşı, məşhur London Eyeyə də gediblər.

Onların görüşü planetin gələcəyi üçün “yaşıl” texnologiyalar haqqında fikir mübadiləsi aparmaq üçün baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Oxşar yazılar