Bişirildikdən sonra faydasını itirən  tərəvəzlər
11 iyun 2025 17:42 (UTC +04:00)

Bişirildikdən sonra faydasını itirən tərəvəzlər

Termik işlənmədən sonra bir çox meyvə və tərəvəzlər öz faydalı xüsusiyyətlərinin yarıdan çoxunu itirə bilər. Bütün tərəvəzlər bişdikdən sonra eyni dərəcədə faydalı olmur. Bəziləri uzun müddət istiliyə məruz qaldıqda qiymətli maddələrinin böyük hissəsini itirir.

Lent.az bu cür məhsulların siyahısını təqdim edir.

Brokoli

Brokoli haqlı olaraq ən faydalı tərəvəzlərdən biri sayılır – o, C vitamini və güclü antioksidantlarla zəngindir. Lakin uzun müddət qaynadıldıqda və ya qızardıldıqda brokoli faydalı maddələrinin 70 faizə qədərini itirə bilər. Ən yaxşı bişirmə üsulu - buxarda qısa müddətlik hazırlama və ya zəif odda yüngülcə qızartmaqdır. Bu, onun bioloji dəyərini qorumağa kömək edir.

İspanaq

İspanaq C vitamini ilə zəngindir, amma bu vitamin istiliyə qarşı çox həssasdır. Qaynadıldıqda və ya qızardıldıqda demək olar ki, tamamilə məhv olur — itki 80 faizə çata bilər. İspanaqdan maksimum fayda əldə etmək üçün onu təzə halda yemək tövsiyə olunur: salatlarda, yaşıl kokteyllərdə və ya soyuq souslarda.

Bolqar bibəri

Bu parlaq tərəvəz A, B, C vitaminləri və antioksidantlarla zəngindir. Lakin bu maddələrin bir hissəsi yüksək temperaturun təsiri ilə məhv olur. Faydasını qorumaq üçün bibəri çiy halda - salatlara əlavə etməklə və ya azacıq qril üzərində bişirməklə istifadə etmək daha yaxşıdır.

Sarımsaq

Sarımsağın əsas dəyəri - onun tərkibindəki alitsin adlı maddədədir. Alitsin güclü antimikrob təsirə malikdir, lakin istiliyə qarşı çox davamlı deyil və uzun müddət bişirildikdə parçalanır. Buna görə sarımsağı yeməklərə hazırlığın sonunda əlavə etmək və ya reseptə uyğundursa, çiy halda istifadə etmək tövsiyə olunur.

Pomidor

Pomidor məsələsi bir qədər mürəkkəbdir: istilik təsiri ilə onlar C vitaminini itirsələr də, əvəzində likopin adlı antioksidantın miqdarı artır. Likopin ürək sağlamlığını dəstəkləyir və bir çox xəstəliklərin riskini azaldır. Buna görə də pomidorların azacıq bişirilməsi - yüngül qızartma və ya sobada bişirmə — onların faydasını artırır.

Nəticə

Tərəvəzlərdəki vitaminləri maksimum qorumaq istəyirsinizsə, uzun müddətli bişirmədən – xüsusilə qaynar suda qaynatmadan – uzaq durun. Ən yaxşı üsullar: buxarda bişirmə, qril, yüngül qızartma və ya təzə formada istifadədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982

Oxşar yazılar