Las Veqasda yaşayan Quest adlı gənc görünüşü ilə görənlərin diqəqətini çəkir.
Lent.az-ın xəbərinə görə, o, 12 yaşı olanda xərçəng xəstəliyinə yoluxduğunu öyrənir.
Aldığı kimya terapiyasından sonra onun bədənində sızanaqlar çıxmağa başlayır. Bu yeniyetməlik çağında olan oğlan üçün problemə çevrilir. Əvvəlcə bədənini örtən geyimlərlə vəziyyətdən çıxmağa çalışır, lakin isti havalarda bu çıxış yolu işə yaramır.
Quest sızanaq ləklərini gizləmək üçün onların üstünü ütü ilə yandırmağa başlayır. Lakin özünə verdiyi bu cəza daha artıq ləkələrə səbəb olur. Nəhayət o döymə etdirmək qərarına gəlir. Bütün ləkələrin yerini bu cür gizləmək cəhdi onun bütün bədəninin döymə ilə örtülməsi ilə nəticələnir.
Artıq xərcəngdən xilas olduğuna görə Tanrıya dualar edən Quest görünüşü ilə diqqət çəkdiyi üçün məmnundur. O, gözünün içini də boyamaqdan çəkinməyib.