Qadın 200-ə yaxın plastik əməliyyat keçirib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, teleaparıcı Paula Tebert təcrübələrini bölüşüb
55 yaşlı qadının dediyinə görə, o, "Barbi" kuklasına oxşamaq üçün 800 min funt sterlinq (83,7 milyon rubl) xərcləyib.
Tebert tez-tez cərrahi müdaxilələrə əl atmamaq üçün çəkisinə daim nəzarət etməli olduğunu bildirib:
“Görünüşümə görə, insanlar tərəfindən çox tənqid olunurdum. Belə plastik əməliyyatlar və çoxsaylı prosedurlar dərinin sallanmasına və qeyri-mütənasib bədənə gətirib çıxara bilər. Əgər siz bu cür dəyişikliklər etmək qərarına gəlsəniz, bu, çox pul tələb edəcək”.