Ayaqqabılarla TEST:  indi həyatda hansı istiqaməti  seçməlisiniz
28 oktyabr 2025 17:03 (UTC +04:00)

Ayaqqabılarla TEST: indi həyatda hansı istiqaməti seçməlisiniz

0

Ayaqqabı seçimi ilə bağlı psixoloji test insanlara özünü dərk etməkdə və həyatda istiqamət müəyyənləşdirməkdə yardımçı olur. Bu test intuisiya mexanizmini işə salır və insanın gündəlik təcrübə fonunda necə dəyişdiyini göstərir. Bu isə doğru cavabları tapmağa və planlar qurmağa imkan verir.

Lent.az xəbər verir ki, eçdiyimiz şəkilli psixoloji testdə məqsədinizə gedən yolda hansı istiqaməti seçməli olduğunuzu anlamaq üçün “krosovka” və ya “ked”lərdən birini seçməlisiniz. İntuisiyanız həmişə sizin tərəfinizdədir və ən doğru qərarı göstərir.

Testdən əvvəl bir neçə dəfə dərindən nəfəs alın, nəyə nail olmaq istədiyinizi düşünün. İntuisiyanızdan xahiş edin ki, məqsədinizə aparan yola hansı ayaqqabının daha uyğun olduğunu sizə sezdirsin.

Testin nəticələri

Testi keçmək üçün şəkilə uzun müddət baxmaq tövsiyə edilmir. Gözünüzə ilk cəlb edən variantı seçin.

İdman ayaqqabıları

Əgər seçim “krosovka”ların üzərinə düşübsə, bu o deməkdir ki, daxiliniz sizə irəliyə doğru hərəkəti dayandırmamağı, indi dayanıb dincəlməməyi diktə edir. Siz hazırda çox faydalı olacaq bir məqamın astanasındasınız və buna görə də özünüzdə güc tapıb yolu davam etdirməlisiniz.

Əlbəttə, həyatda hər şeyin sehrlə baş verməsi xoş olardı, lakin real həyatda bu nadir hallarda mümkündür. Özünüzü toparlayın və işə girişin. Gələcək sabitliyinizə fokuslanın və motivasiyanızı qoruyun.

Kedlər

Əgər sizin seçiminiz “ked”lərdirsə, bu, irəliləməyə böyük istək göstərdiyinizi, lakin intuisiyanızın sizə hər şeyin öz zamanı olduğunu xatırlatdığını göstərir. Artıq sizi yolunuzdan uzaqlaşdıran düşüncələri, əşyaları, emosiyaları və insanları buraxmağın vaxtıdır.

Yəqin ki, siz ağrılı bir dəyişiklik mərhələsindən keçəcəksiniz. Daxili və xarici həyat məkanınızı təmizləmək lazım olacaq ki, məqsədlərinizə yaxınlaşmaq üçün yer açılsın və lazımi şərait yaransın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar