Avstraliyanın Kvinslend ştatının sakini, 19 yaşlı qızı ilə görüşmək istəyən oğlanların əməl etməli olduqları qaydaları sadalayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Ket Zoe Klark 17 yaşında ilk qızı Latişanı dünyaya gətirib. Səkkiz il sonra onun daha bir qızı Deja dünyaya gəlib. Klark Latişanın artıq görüşməyə başladığını açıqlayıb və onun cəsarətli uşaqları ilə ünsiyyətdə olmaq şansı olan gənclərə uğurlar arzulayıb.
Anasının sözlərinə görə, onun Latişa ilə görüşmək istəyən oğlanlar üçün dörd qaydası var.
Birincisi, oğlan yalnız qızı deyil, həm də valideynini doğum günü münasibətilə təbrik etməyə və hər ikisinə hədiyyə verməyə borcludur.
İkincisi, Latişa ilə münasibətin ilk altı ayında onun gənclə gecələməsi qadağandır.
Üçüncüsü, qızın partnyorunun adekvat və şən bir ailəsi olmalıdır ki, Klark onunla birlikdə rahat tətil keçirsin.
Dördüncüsü, oğlan ilk görüşdə Latişa üçün pul ödəməlidir.