“Şap elə bilir Şupdadı”
Bu məzəli ifaqdəni çox eşidib, çox işlətmişik. Bəs necə yaranıb? Deyilənə görə, orta əsrlərdə bir azərbaycanlı kişi iki arvad alır. Arvadın biri Şap kəndində, digəri çayın o biri üzündəki Şup kəndindəymiş. Kişi gah Şapda, gah Şupda gecələyirmiş. Günün birində kişi Şapdan çıxıb, Şup kəndinə gedərkən çaya sel gəlir, kişi başlayır sellə- suyla əlləşməyə. Kişini dartıb sudan çıxarırlar, Deyirlər sənin evin, arvad - uşağın hardadı? Başını itirmiş kişi cavab verir: Şap elə bilir kişi Şupdadı, Şup elə bilir Şapdadı, daha bilmirlər kişi tarap-turupdadı.
“Alo” necə yaranıb?
Dünyada telefonla danışan hər kəsin ilk kəlməsi “Alo”dur.
“Alo” sözü Alessandra Lolita Osvaldo adlı xanımın adının baş hərflərindən ibarətdir. Hər dəfə “Alo” deyərkən, əslində, telefonu icad edən kişinin yarım qalmış sevgisinə toxunduğumuzun fərqində olmuruq. Alessandra Lolita Osvaldo telefonun ixtiraçılarından biri olan A. Qrehem Bellin sevgilisi olub. A.Bell ilk telefon xəttini sevgilisinin evinə çəkmişdi. Telefon hər dəfə zəng çalanda Graham Bell dəstəyi götürüb sevgilisinin adını deyərdi. Bell zaman keçdikcə sevgilisinə adını qısa şəkildə deməyə başladı. Ona “Ale Lolos” deyə müraciət etdi. Daha sonra sadəcə adın baş hərfləri ilə kifayətləndi: “ALO”.
Bir gün Alessandra Belli tərk etsə də, o, “Alo” deməyə alışdı. Bax beləcə “Alo” sözü telefonla danışan insanlar arasında populyarlaşdı.