Alimlər pişiklərin 110 illik sirrini  açdı
21 avqust 2026 03:58 (UTC +04:00)

Alimlər pişiklərin 110 illik sirrini açdı

0

Alimlər ev pişiklərinin böyrəklərində çoxlu sayda yağ damcısının niyə toplandığını müəyyənləşdiriblər.

Lent.az xəbər verir ki, bu xüsusiyyət təxminən 110 ildir elmə məlum olsa da, onun funksiyası uzun müddət sirr olaraq qalıb.

Yeni araşdırmaya görə, böyrəklərdəki bu yağ damcıları pişiyin sidiyində qoxu izinin uzun müddət sabit qalmasına kömək edən bir növ kimyəvi “anbar” rolunu oynayır.

Tədqiqatçılar müəyyən ediblər ki, pişiklərin sidiyində 13 növ xüsusi budaqlanmış zəncirli yağ turşusu var.

Bu maddələrin hər pişikdə fərqli nisbətdə olması onların özünəməxsus qoxu “imzasını” formalaşdırır və digər pişiklərə fərdləri ayırd etməyə imkan verir.

Maraqlıdır ki, oxşar yağ damcıları şir, pələng, bəbir, yaquar və vaşaq kimi vəhşi pişiklərin böyrəklərində də aşkarlanıb.

Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə vəhşi pişiklərin yalnız qoxu izləri əsasında izlənilməsinə və onların populyasiyalarının öyrənilməsinə də kömək edə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar