324 milyon illik qalığın sirri açıldı – 24 ayaqlı canlı imiş
29 avqust 2026 03:25 (UTC +04:00)

324 milyon illik qalığın sirri açıldı – 24 ayaqlı canlı imiş

0

 

Alimlər 324 milyon il əvvələ aid qalığı yenidən araşdıraraq onun əvvəllər düşünüldüyündən tamamilə fərqli canlıya məxsus olduğunu müəyyənləşdiriblər.

Lent.az xəbər verir ki, Texasda aşkarlanmış qalığın uzun illər ərzində düzgün təsnif edilmədiyi üzə çıxıb.

Yeni araşdırmaya əsasən, canlı “Chosha praecursor” adlandırılıb və erkən dövr həşəratlarının nümayəndəsi hesab edilir.

Ən maraqlı məqam isə onun 24 ayağının olmasıdır. Bu xüsusiyyət müasir həşəratların üç cüt ayağından ciddi şəkildə fərqlənir və həşəratların təkamülünün ilk mərhələləri barədə yeni suallar yaradır.

Tədqiqatçılar hesab edirlər ki, qalıq həşəratların necə və nə vaxt müasir bədən quruluşuna keçdiyini anlamağa kömək edə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar