30 yaşdan sonra saç tökülməsini  necə dayandıraq? - CAVAB
11 iyun 2025 13:00 (UTC +04:00)

30 yaşdan sonra saç tökülməsini necə dayandıraq? - CAVAB

30 yaşdan sonra bir çox insanlar saçlarının artıq əvvəlki kimi qalın, parlaq olmadığını və uzanmadığını müşahidə etməyə başlayırlar. Bu, müəyyən bioloji proseslər, hormonal dəyişikliklər və streslə bağlıdır.

Lent.az xarici mediaya istinadən saç tökülməsinin və qırılmasının qarşısını necə almaq barədə məlumat verir.

30 yaşdan sonra saç niyə tökülür?

Trixoloq Anastasya Muxaçeva bildirir ki, bu hal 25 yaşdan etibarən bioloji qocalma mexanizmlərinin işə düşməsi və baş dərisində problemlərin yığılması ilə əlaqədardır. Saç töküldükdən sonra yeni çıxan saç əvvəlkindən daha qısa ömürlü olur.

Bundan əlavə, saçlar tez-tez boyanma, pəhrizlər və ac qalma səbəbindən qırılır.

Vitamin çatışmazlığı 

B7 (biotin), B12, D vitamini, dəmir, sink saçların qırılmasına və tökülməsinə səbəb ola bilər. Xroniki stress hormon balansını pozur və telogen effluvium adlı tökülmə növünə səbəb olur. Bütün bu faktorlar birləşərək saçın böyümə fazasına mənfi təsir edir. Bu səbəbdən baş dərisinə və saçın vəziyyətinə xüsusi diqqət yetirmək vacibdir.

Saçlara necə qulluq etməli?

Sulfatsız yumşaq şampunlardan istifadə edin.

Keratinli kondisionerlər və argan, kokos yağı kimi təbii yağlar istifadə edin.

Saç düzləşdirici və fen kimi istilik cihazlarından tez-tez istifadə etməyin, boyama prosedurlarını minimuma endirin.

Qidalanma

Saçlar üçün faydalı qidalar:

Zülal: ət, balıq, yumurta, paxlalılar

Dəmir: qaraciyər, çuğundur, ispanaq

Omega-3: qızılbalıq, kətan toxumu, qoz

Sink və selen: balqabaq toxumu, dəniz məhsulları

B qrup vitaminləri: (xüsusilə B7 – biotin)

Baş masajı

Həftədə bir neçə dəfə 5–10 dəqiqəlik baş dərisi masajı qan dövranını yaxşılaşdırır, saç follikullarını stimullaşdırır.

Yuxu

Tam yuxu (7–8 saat) hormon balansını bərpa edir, stressi azaldır və saçların və dərinin vəziyyətini yaxşılaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar