1831-ci ildə Günəşin rəngi qəfildən mavi  olub:  Sirr açıldı
23 sentyabr 2025 16:22 (UTC +04:00)

1831-ci ildə Günəşin rəngi qəfildən mavi olub: Sirr açıldı

0

1831-ci ildə Günəş qəribə mavi çalara bürünmüş, məhsul məhv olmuş və qitələrdə temperatur kəskin şəkildə düşmüşdü. Demək olar ki, 200 il bu anomaliyaların səbəbi məlum olmadı. Alimlər yalnız yaxınlarda Simuşir adasında baş verən, az tanınan Zav-1 vulkan püskürməsini aşkar etdikdən sonra sirr açıldı.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu püskürmə qlobal təsir göstərib.

Böyük miqdarda kükürd stratosferə qalxaraq günəş işığını əks etdirən sulfat aerozollarından ibarət pərdə yaradıb və nəticədə havalar xeyli soyuyub.

O dövrün şahidləri qəribə yayı belə təsvir edirdilər: Günəş bəzən mavi, bənövşəyi və ya yaşıl görünürdü, geniş yayılmış məhsulsuzluq və soyuqlar Avropaya və Şimali Amerikaya təsir edirdi. Əvvəllər səbəb kimi göstərilən hadisələr, məsələn, Siciliya yaxınlığındakı Ferdinandeya sualtı vulkanı belə genişmiqyaslı təsirləri izah etmək üçün çox zəif idi.

Alimlər Qrenlandiya və Antarktidadan götürülmüş buz nüvələrini analiz edərək Simuşirdəki qalın kül təbəqəsi ilə üst-üstə düşən mikroskopik vulkan şüşəsi fraqmentləri tapıblar. Radiokarbon datalaşdırma və kükürd izotoplarının təhlili hadisənin 1831-ci ilin yayında baş verdiyini təsdiqləyib.

Hesablamalara görə, Zav-1 püskürməsi stratosferə təxminən 12 terqram kükürd buraxıb. Nəticədə 1831–1833-cü illərdə Şimal yarımkürəsində temperatur 0,5–1°C azalıb.

Modelləşdirmə göstərib ki, aerozol buludu 23 km hündürlüyə çataraq günəş radiasiyasını dəyişib və hətta Afrikada və Asiyada musson dövrlərinə təsir göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar