Hindistanda 102 yaşlı kişi özünə təmtəraqlı toy mərasimi keçirib.
Lent.az-ın xəbərinə görə, toy mərasimi medianın da diqqətini cəlb edib. Gəlinin olmadığı toyun keçirilməsinə səbəbi də maraqlıdır: “Dövlət mənim öldüyümü iddia edərək may ayından pensiyamı kəsib. Mən toyla sübut etmək istəyirəm ki, sağam” – deyə təzə bəy bildirib.