Xəbər verdiyimiz kimi, Yılmaz Güneyin həyat hekayəsi barədə film çəkiləcək. Filmin hazırlıqları davam edərkən, ilk etiraz “Çirkin kral”ın birinci həyat yoldaşından gəlib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Yılmaz Güneylə çox qalmaqallı həyat yaşamış aktrisa Nebahat Çehre filmdə adının hallanmasını istəməyib.
Aktyorluqda sərt qaydalarının olduğunu bildirən 80 yaşlı Çehre, “lazım bilsəm, özüm öz həyatımı film edərdim. Yılmaz Güney mənim üçün bağlanmış kitabdır, əgər filmdə şəxsi həyatımla bağlı səhnələr görsəm məhkəməyə verəcəm, öncədən xəbərdarlıq etmişəm” deyə aktrisa bildirib.
Qeyd edək ki, gənclik illərində aktyor və rejissor Yılmaz Güneylə qısa müddətli evil olan Nebahat Çehre dəfələrlə onun tərəfindən döyülüb, keçmiş əri hətta onu dəfələrlə yandırmaq, dağ basmaqla cəzalandırıb.