Rejissor Zorik (Zöhrab Ağayev) evlənmək istəyindən söz açıb. Lent. az-a açıqlama verən Zorik bildirib ki, o kiminsə xətrinə ailə qurmayacaq: “Mən də insanam, məni də Allah yaradıb. İstəyirəm ki, arvadım, uşağım olsun. Amma nəyinsə, kiminsə xətrinə evlənmək niyyətim yoxdur. Hələ ki, mənim ailəm, atam, anamdır. Düşünürəm ki, nə zaman sevəcəyəmsə, o zaman evlənib, ata olacam. Amma bu, yalançı evliliklərdən olmayacaq”.