Müğənni məşhur aparıcını hədələdi: "Özünü yığışdır"
Əməkdar artist Yusif Mustafayev aparıcı Zaur Kamalın ünvanına qalmaqallı sözlər deyib.
Lent.az xəbər verir ki, müğənni Zaurun onun evinin görüntülərini yaymasına əsəbiləşib. Mustafayev "Səhər-səhər" verilişində aparıcını hədələyib:
"Çox evim yoxdur... Bir dənə evim var, iki mərtəbədir və 22 adam yaşayır. Bunu böyüdüb, ediblər dəhşət bir şey. Əziyyət çəkmişəm, qazanmışam və ev tikmişəm. Oğlanlar var ki, məndən də imkanlıdır, amma evi yoxdur.
Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Etmirəm, lazım deyil. Mənim villamdan danışana o gün biri yaxşı cavab verdi. Qayıtdı ki, sən 35 mini götürüb, istirahətə gedirsən. Mən xaricə getmirəm, 35 min xərcləmirəm. Bakıda dincəlirəm. Evimi çəkdirən oğlan, özünü yığışdır, sənə ayıb olsun. Get atanın evini çək. İçəri girə bilməyiblər, qələt edirlər. Gəlib, uzaqdan çəkiblər.
Mənim pərdəarxası addımlarım var, canım sağlamdır, amma pulum yoxdur. Xeyriyyəçilik işləri edirəm".
Qeyd edək ki, Zaur Kamal "5/5" verilişində Mustafayevin villasının görüntülərini yayımlayıb. Proqramda yer alan tar ifaçısı Aqşin Taryeloğlu həmin vaxt Zaurun ünvanına "Sən 35 mini götürüb, bir dəfə istirahətə gedirsən" sözlərini demişdi. (axşam.az)