Yeni il axşamı NTV kanalında meyxana: “Starıy qod, davay, do svidaniya” - EKSKLÜZİV
25 dekabr 2012 12:49 (UTC +04:00)

Yeni il axşamı NTV kanalında meyxana: “Starıy qod, davay, do svidaniya” - EKSKLÜZİV

“Ti kto takoy, davay, dosvidanya” meyxanası ilə populyarlaşan meyxanaçı qardaşlar, İntiqam və Ehtiram Rüstəmovlar Rusiyanın məşhur NTV- kanalının populyar “Qovorim i pokazıvaem” tok-şousuna dəvət alıblar.

 

Lent.az-ın məlumatına görə, həmin şouya Rüstəmov qardaşlarını proqramın aparıcısı Leonid Zakoşanski şəxsən dəvət edib. Artıq anonsları yayınlanan verilişdə, meyxanaçılarımızdan başqa Rusiyanın bir çox şou nümayəndələri də qatılıb.

 

Dekabrın 31, 17-40-da efirə gedəcək şouda Rüstəmov qardaşları “Starıy qod, davay, do svidaniya” meyxanasını ifa edəcəklər.

# 2388
avatar

Oxşar yazılar