Bu gün paytaxt restoranlarından birində xalq artisti Yalçın Rzazadənin oğlunun toyu olub. Lent.az-ın məlumatına görə, “Qala” qrupu idarə edib.
Toy zalına gəlinlə bəy saat 19:00 da daxil olub. Məclisə daxil olan gecənin səbəbkarları şərabı içərək, rəqs ediblər. Rəqs zamanı isə bəy Röyanın repertuarından olan “Nazlı yarım” mahnısını ifa edərək, oynayıb.
Gecədə xalq artisti Canəli Ələkbərov və bir çox tanınmışlarda görmək olardı.
Xalq artisti oğlunun toyunun təəssüratlarını Lent.az-la bölüşdü: “Çox sağ olun ki, oğlumun toyuna təşrif buyurmusunuz. Bu gün mənim üçün sevindirici günlərdən biridir. Oğlum ailə həyatı qurur. Ona bir ata kimi xoşbəxtlik arzu edirəm”.
Qeyd edək ki, Y.Rzazadənin oğlu 23 yaşlı Mətin, 20 yaşlı Aysel xanımla ailə həyatı qurub.
FOTOLAR müəllifə məxsusdur