Müğənni Xatirə İslam ailəsi ilə birgə Türkiyəyə yola düşüb. Lent.az-ın məlumatına görə, qardaş ölkəyə istirahətə yollanan ifaçı təsadüfən orada xalq artisti Ağaxan Abdullayevlə qarşılaşıb. Müğənni bu barədə “İnstagram” səhifəsində yazıb: “Canlı korifeyimiz Ağaxan Abdullayevi nəvəsi ilə burada görüb, çox sevindim”.
Qeyd edək ki, müğənni X.İslam konsertə hazırlaşır. İfaçı iyulun 12-də Lənkəranda çıxış edəcək.