Müğənni Xatirə İslam həmkarı Rüfət Axundovla duetindən söz açıb. O, Lent. az-a bildirib ki, Rüfətlə ifa etdikləri “Küsmə” mahnısına klip çəkdirmək niyyətindədirlər: “Sözün açığı Rüfətin Həcc ziyarətindən gəlməsini gözləyirdim. Necə deyərlər, Rüfətin Həccə getməsi, ona baha başa gələcək. Bu barədə onunla danışığımız olub. Klipin rejissoru kim olacaq hələ bilmirəm, amma onu deyə bilərəm ki, ekran işi Azərbaycandan kənarda, bəlkə də Dubayda lentə alınacaq.
Qeyd edək ki, mahnının sözləri Vüqar Şiriyev, musiqisi Rəşad Bağırova məxsusdur.