Müğənni Sevinc Ağaşirinovanın yaradıcılıq işlərindən söz açıb. Gördüyü işlərindən Lent.az-a danışan ifaçı bildirib ki, sözləri, musiqisi Gülnar Sultanovaya məxsus “Remix” adlı mahnını lentə aldırıb: “Hər zamankı kimi yaradıcılıq işlərimi davam etdirirəm. Yeni mahnılar yazdırıram. Artıq bir neçə gün olar ki, ifa etdiyim “Remix” adlı mahnım işıq üzü gördü. Arenjamanı Eyyuba məxsus olan bu mahnı artıq “Youtube” kanalında dinləyicilərin ixtiyarına verilib. Mahnının seviləcəyinə isə əminəm. Düşünürəm ki, fərqli bir iş ərsəyə gəldi. Yaradıcılığımdakı yeniliklərim bununla bitmir. Ardı olacaq. İnşallah yaxın zamanlarda sürpriz layihələrimlə pərəstişkarlarımı sevindirəcəyəm. Gözləməyə dəyər”.