Türkiyəli aktyor dizini yerə atıb, əllərini açdı: <span style="color:red;">“Azərbaycan!”
13 aprel 2014 10:26 (UTC +04:00)

Türkiyəli aktyor dizini yerə atıb, əllərini açdı: “Azərbaycan!”

Türkiyədə yayımlanan “Survivor” yarışmasında dünən maraqlı anlar yaşanıb. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, səhər yeməyi mükafatını qazanmaq uğrunda mübarizə aparan “Könüllülər” və “Məşhurlar” komandası arasında qızğın mübarizə gedib.

 

Hesab 3:1 “Könüllü”lərin xeyrinə olduqda, sıra “Məşhurlar” komandasında yer alan aktyor Tolqa Karelə gəlib. O, komandası üçün əhəmiyyətli olan ikinci xalı qazandırdıqdan sonra dizlərini yerə qoyaraq sevincini “Azərbaycan” kəlməsi ilə ifadə edib. 

Daha sonra komandasına 9-cu xalı qazandıran Tolqa Karel yoldaşları ilə söhbətində bir daha Azərbaycanın adını çəkib. O, bu qalibiyyətini oğlu Cahangirə və Azərbaycana həsr etdiyini vurğulayıb: “Oğlum Cahangirim üçün, Azərbaycan üçün, qardaş ölkəm üçün”.

 

Xatırladaq ki, aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə evlidir və bir oğlu var.

# 3145
avatar

Oxşar yazılar