Türkiyədən gedən Hürrəm Bakıya gəlir
31 may 2013 11:18 (UTC +04:00)

Türkiyədən gedən Hürrəm Bakıya gəlir

"Möhtəşəm yüz yıl" da əsas rolu oynayan, sonra gözlənilmədən Türkiyəni tərk edən Məryəm Üzərli Bakıya gələcək. Lent. az-ın məlumatına görə, o, Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Acıtan yürek” bədii filminin seçim turunun final mərhələsində iştirak edəcək. Hazırda seçim turlarının qeydiyyatı davam edir. İyunun 8- 23-də mərhələli sınaq turları keçiriləcək.

Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov Lent.az-a bildirib ki, rejissor Cansu Kırdar İrmakın ekranlaşdıracağı “Acıtan yürek” filminin final seçim turlarına Türkiyənin məşhur aktyoru Saruhan Hünəl də münsif kimi qatılacaq.

Bundan başqa, seçim turlarına aparıcı, prodüser Acun İlicalının da gələcəyi gözlənilir.
 

Azərbaycanın şəhər və rayonlarında (Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvan) baş tutacaq sınaq turlarının dəqiq vaxtı haqda isə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, filmin çəkilişləri  Bakıda, Qəbələdə və İzmirdə gerçəkləşdiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3339
avatar

Yalçın UĞUR

Oxşar yazılar