Türk aktyorlar Bakıda...
29 may 2013 16:06 (UTC +04:00)

Türk aktyorlar Bakıda...

Türkiyənin “TRT” telekanalında yayımlanan “Zəngin kız, fakir oğlan” serialının əsas ifaçıları paytaxtımıza gəliblər. Lent.az-ın məlumatına görə,  Hüseyn Avni Danyal, Ufuk Özkan “Park Bulvar”da imza günü keçiriblər. Orada aktrisa Sənubər İsgəndərli, aktyor Əzizağa Əzizov, müğənni Mila da iştirak ediblər.

 

Aktyorlar Bakıda ilk dəfə olduqlarını bildiriblər.

 

Rejissor bildirib ki, serialın sonrakı bölümlərində azərbaycanlı qız və türkiyəli oğlan arasında yaşanan sevgidən bəhs olunacaq: “Serialın bir hissəsini Bakıda çəkməyi düşünürük. Onların toyunu da Bakıda lentə alırıq. Azərbaycanın gözəlliyini göstərmək lazımdır. Serialın 36-cı bölümünə Sənubər İsgəndərli və Əzizağa Əzizovu çəkmişik. Serialda digər azərbaycanlı aktyorlar da rol alacaq”.

 

Məlumat üçün bildirək ki, serialın qəhrəmanları ölkəmizə Türkiyə səfirliyi və  TRT-nin Azərbaycan təmsilçisi Yüksəl Dəğarcanın təşəbbüsü ilə gəliblər.

Hüseyin Avni Danyal  “Kurtlar Vadisi Pusu” dakı Bulut obrazı ilə tanınır. Ufuk Özkan isə ən çox izlənilən “Geniş Ailə” serialında Cəvahir rolu ilə məşhurdur.

# 2294
avatar

Yalçın UĞUR

Oxşar yazılar