Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə tanınan prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə maqlı status paylaşıb. O, xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyevanın barışdığı barədə sosial şəbəkədə status paylaşıb. “Bəzi ortada gəzən "adamcığazlar"a deyirəm ki, arzunuz ürəyinizdə qaldı. Bu gün “Meridian” restoranında İlhamə xanım, oğlu və mətbuat katibi Faiqlə bir yerdə idik. Özüm şahidi oldum, İlhamə xanımla Nazpəri Dostəliyeva telefonla danışdılar və barışdılar”.
Prodüser onu da qeyd edib ki, martın 24-də xalq artisti Tükəzban İsmayılovanın xatirə gecəsi keçiriləcək və anım tədbirinə Nazpəri Dostəliyeva da qatılacaq: “İlhamə Quliyeva Nazpəri Dostəliyevanı o məclisə şəxsən dəvət edib. İlhamə xanımın oğlu Orxanın toyunda da Nazpəri Dostəliyevanın iştirak edəcəyi gözlənilir”.