Tanınmışlar Şəkidə bir araya gələcək
28 aprel 2016 10:21 (UTC +04:00)

Tanınmışlar Şəkidə bir araya gələcək

Bu gün Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimi olacaq. Lent.az-ın məlumatına görə, mərasimdə aşıqlar da iştirak edəcək. 

Bu barədə Lent.az-a aşıq Əli Tapdıqoğlu xəbər verib. O, bildirib ki, festival “Yallı” ilə açıq elan ediləcək. Bunun ardınca aşıq Əli və Vüqar Mahmudoğlunun birgə yaratdığı "Aşıqlar" xalq kollektivi bir neçə musiqili nömrə nümayiş etdirəcək.

11 ölkədən gələn qonaqlar festivalda iştirak etmək üçün Şəkiyə təşrif buyurub. Ötən gün Şəkiyə üz tutan musiqiçilər açılışın məşq prosesində olublar.

Xatırladaq ki, TÜRKSOY-un Mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Şəki Türk dünyasının mədəniyyət paytaxtı seçilən 5-ci şəhərdir.

Bununla əlaqədar, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Yalçın UĞUR

Oxşar yazılar