Tanınmış müğənni söz-söhbətlərə son qoydu: evlənməmişəm
11 iyul 2014 10:06 (UTC +04:00)

Tanınmış müğənni söz-söhbətlərə son qoydu: evlənməmişəm

 

Evlilik xəbəri yayılan müğənni Nurlan Təhməzli haqqında gəzən söz-söhbətə son qoyub. Lent.az-a açıqlama verən müğənni bildirib ki, evlənməsi ilə bağlı dolaşan şayiələr əsassızdır: “Mən ailə qurmamışam. Hər şey zamanı gələndə olacaq. İndi sadəcə yaradıcılıq işlərimlə məşğulam. Hazırda musiqisi özümə, sözləri Zülfi Bədəlova məxsus olan “Gəl evlənək” adlı mahnıma klip çəkilişlərinə başlamaq niyyətindəyəm. Ekran işinin fərqli ssenari xətti olacaq. Bunlar isə hələ ki, sirr qalsın”. 

# 2197
avatar

Oxşar yazılar