"Babamın haqsızlığa ürəyi dözmədi"  - Cavanşir Məmmədovun nəvəsi
22 aprel 2024 11:58 (UTC +04:00)

"Babamın haqsızlığa ürəyi dözmədi" - Cavanşir Məmmədovun nəvəsi

 Aprelin 20-də qəfil ürəktutması nəticəsində vəfat etmiş Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi onun haqqında paylaşım edib.

Lent.az  xəbər verir ki, mərhum müğənninin nəvəsi Rəfiqə Qafarova öz sosial şəbəkə hesabında babası ilə bağlı 
"Babamın haqsızlığa ürəyi dözmədi" deyə şərh yazıb. 

O öz yazdıqlarına aydınlıq gətirməyib, hansı haqsızlıqdan söz getməsi barədə fikir bildirməyib.

Qeyd edək ki, Cavanşir Məmmədov tez-tez çıxdığı efirlərdə Xalq artisti adına layiq olduğunu, illərdir toylarda xalq üçün zəhmət çəkdiyini deyirdi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4317
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar