<b>Bəxtiyar Hacıyev bibisi oğlu Talıb Tale haqda nələr yazdı? </b>
25 oktyabr 2017 16:38 (UTC +04:00)

Bəxtiyar Hacıyev bibisi oğlu Talıb Tale haqda nələr yazdı?

 

“Maşın şou”nun final mərhələsində iştirak edən müğənni Talıb Tale barədə dayısı oğlu, ictimai fəal Bəxtiyar Hacıyev danışıb. Lent.az-ın məlumatına görə, B.Hacıyev sosial şəbəkədə status yazaraq bildirib ki, T.Tale qalmaqalsız finala qədər gəlib çıxdı: “Bibioğlum Talıb Tale "Maşın şou" finalındadır və mətbuatın dediyinə görə, qalib olub. TV kanallarımıza və belə şoulara münasibətimi bilirsiniz, çox da yaxşı deyil. Ancaq Talıbın iştirakına görə son bir neçə buraxılışa hissə-hissə də olsa, baxdım və bir neçə səbəbə görə şad oldum.

 

Birincisi, ona görə ki, ondan gözlənildiyi kimi, heç bir artıq-əksik qalmaqal, başqasının arxasından zərbə vurulması və s. intriqalarda iştirak etmədi. Mərdliklə və öz xarakterini qoruyaraq iştirak etdi. Tamaşaçılar, insanlar da intriqalara, qiybət, dedi-qodulara, həyasızlıqlara, qışqır-bağıra yox, xarakterə səs verdi.

 

İkincisi, finala qədər dəfələrlə TV-lərdə (o cümlədən ATV-də) efirdən düşməyən simaların çağırışlarına baxmayaraq, efirdən düşməyən insanlara yox, məhz ona, efirə uzun müddətdir buraxılmayan şəxsə səs verildi. Bu isə internet media ilə TV kanalları arasında yeni yaranmış vəziyyəti göstərir. TV ulduzları, deyib-gülənlərə yox, daha çox internet ulduzuna səs verdilər.

Nəticəsindən asılı olmayaraq, çoxlarının gözdən düşdüyü belə bir şouda o öz sevənlərinin sevgisini artırdı, tanımayanlar da onu sevməyə başladı”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar