Şou-biznesdə "İlin yaxşıları" məlum oldu
26 noyabr 2015 10:24 (UTC +04:00)

Şou-biznesdə "İlin yaxşıları" məlum oldu

 

Azərbaycanda "Number one" beynəlxalq mükafatlandırma mərasimi baş tutub. Lent.az-ın məlumatına görə, aparıcı Tural Ozan mükafatlandırma mərasiminə gələn qonaqları salamlayaraq, tədbirin 3 ildir ki, Azərbaycanda keçirildiyini deyib: "3 ildir ki, bu mükafatlandırmanı açıq havada keçiririk. Bu ildən qapalı məkanda eləməyi təklif etdilər. Onu da deyim ki, burada mükafat qazanan mükafatçılar səs vermə və il ərzindəki fəaliyyətinə görə mükafatlandırılır. Xalq artisti Faiq Ağayev 3 ildir "Number one" mükafatını qazanır”.

 


Qeyd edək ki, layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozan, prodüseri isə Təranə Səmədovadır. Gecədə xalq artistləri Amaliya Pənahova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, əməkdar artist Elza Seyidcahan, müğənnilər Niyam Salami, İlhamə Qasımova,  Elçin Hüseynov, Roza Zərgərli, Emil Bədəlov, Samira Allahverdi, İzzət Bağırov, Yaşar Yusub, Rəşad İlyasov, Nura Suri, Sami Oruc, İradə Mehri, Şəbnəm Əsədova, aktyorlar Elməddin Cəfərov, Müşfiq Şahverdiyev, Aşıq Samirə, aparıcı Tahirə Məmmədqızı, rəqqasə Oksana Rəsulova, ekstrasens Həsən Həsrətli, model Rüstəm Cəbrayılov və digərləri mükafatlandırılıb. 

 

Fotoları Pərviz Salıyev çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar