Türkiyənin tanınmış müğənnisi Sibel Can dünən Bakıya gəlib. Lent.az-ın məlumatına görə, səhər saat 05:30 radələrində paytaxta gələn məşhur Bakını gəzəcəyini söyləyib: “Bu gün səhər saatlarında təyyarədən enməyimə baxmayaraq, Bakının gözəl yerlərini gəzmək imkanım olacaq. Günorta saatlarında paytaxtınızın müəyyən yerlərində olacam. Axşam da konsertim gerçəkləşəcək. Sizləri fərqli bir konsert gözlədiyini deyə bilərəm”.
Onu da xatırladaq ki, bu gün “Hollivud” əyləncə mərkəzində Sibel Can canlı konsert proqramı ilə çıxış edəcək. Müğənnin 3 saatlıq konsertində öncə səhnəyə skripka ifaçısı Rasim çıxacaq.
Konsertin təşkilatçısı "Səs Muzic Orqanization"un rəhbəri Nahid Eminoğlunun sözlərinə görə, biletlərin qiyməti 300-500 AZN arasındadır.
Konsertin informasiya dəstəkçisi Lent.az-dır.