Sevda ikinci ərindən ayrıldı
25 iyun 2018 15:30 (UTC +04:00)

Sevda ikinci ərindən ayrıldı

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, sənətçi bu haqda instagram səhifəsində yazıb. O bildirib ki, artıq övladlarını tək böyüdəcək:

 

"Bu gün ayrılığımı təsdiqləyirəm. Çox çırpındım bu ailənin dağılmaması üçün. Amma tək gücüm bu qədər yetdi. Allah bundan sonra balalarıma görə güc versin, onları böyüdüm. Çünki bu yaşda mən yiyəsizliyə dözə bilmirəm, onlar nə edər? Təşəkkür edirəm gözəl sözlərə, arzu-dualarınıza görə". 
 


Xatırladaq ki, bu, Sevdanın ikinci nikahıdır. Sənətçi birinci həyat yoldaşı ilə cəmi 2 ay evli qalıb. Daha sonra isə Cəmil bəylə ailə qurub. Onun ilk evliliyindən bir oğul, ikinci nikahından isə bir qız övladı var. İfaçı Cəmilin anası ilə dəfələrlə qalmaqal yaşamışdı. Xanım Sevdanı oğlunun ailəsini dağıtmaqda günahlandırırdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434
avatar

Oxşar yazılar