Amerikalı aktrisa Şeron Stoun 2001-ci ildə beyninə qan sızmasından danışıb.
Lent.az-ın “report”a istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, həkimlər həmin vaxt onun yaşama şansını 5 faiz qiymətləndiriblər.
Şeron Stoun bildirib ki, bu onun peşəkar keyfiyyətinə təsir göstərib və o, uzun müddət kinoda rol ala bilməyib.
"Mənim bütün həyatım məhv oldu", deyə CBS telekanalı Stounun sözlərini sitat gətirib.
Aktrisa telekanala müsahibəsində işinə qayıtmağa hazır olduğunu və bunun hazırda onun üçün əsas məqsəd olduğunu deyib.
Stoun aktyor karyerasına 1980-ci ildə başlayıb. O, "Kazino", "Əsas instinkt", "Pişik qadın", "Qırılmış güllər", "Yonqar" və s. kimi tanınmış filmlərdə rol alıb.