Mayın 25-də Türkiyənin tanınmış ulduzu Sərdar Ortac Azərbaycana gələcək. Lent. az-ın məlumatına görə, azərbaycanlı müğənni Zarina Məmmədova ilə konsert verəcək. Səhəri gün Naxçıvana gedəcək.
Konsertin prodüseri Elnur Həsənovun sözlərinə görə, müğənni Naxçıvan səhnəsini Elçin Cəfərov və Günay İbrahimli ilə bölüşəcək: “Konsertdə Günay və Elçinlə yanaşı, başqa müğənnilərimizin də çıxışı gözlənilir. Bildiyiniz kimi, Sərdar Naxçıvan konsertindən bir gün öncə “Buta Palace”də çıxış edəcək, istedadlı müğənnimiz Zarina Məmmədova ilə”.
Onu da bildirək ki, “Cahan Holding”in təşəbbüsü ilə keçiriləcək konsert açıq havada olacaq.
Xatırladaq ki, konsertin informasiya dəstəkçisi Lent. az-dır.