Samiraldo: “Zövqsüz idilər, ayaqları taxta kimi gorünürdü”
11 iyun 2013 15:50 (UTC +04:00)

Samiraldo: “Zövqsüz idilər, ayaqları taxta kimi gorünürdü”

Ötən gün Heydər Əliyev Sarayında “V and V” company tərəfindən 16-cı “Qrand” Milli İctimai Mükafatının təqdimetmə mərasimi keçirildi. Mükafatlandırmaya tanınmışlar müxtəlif libaslarda qatılmışdılar. Stilist Samiraldo ( Samir Əliyev) Lent.az-a mərasimə qatılanların geyim zövqünü dəyərləndirib.

 

 

Samiraldo deyir ki,İlhamə Quliyevanın geyimi digər müğənnilərdən fərqlənirdi.

 Fidan və Xuraman Qasımova bacılarının  geyimləri sadə idi. “Elza Seyidcahanın da geyimi hər zaman olduğu kimi fərqli idi. Libası, saçları xoşuma gəldi. Başına düzdürdüyü yaşıl qaşlar bu il dəbdə olmasa da yaraşırdı. Röya Ayxanın da geyimi xoşuma gəldi. Murad Dadaşov geyimi zövq oxşayırdı. Elə pencəyi nəyə desən dəyərdi”.

 

Samiraldonun fikrincə, Nərgiz Cəlilova da hər zaman ki, kimi sadə geyinmişdi.

Zaur Baxşəliyevin geyimi və saçları isə yaxşı olmayıb .”Elə bildim yenə öz toyudur”.

 

“Afaq Gəncəlinin da geyimi xoşuma gəlmədi. Saç düzümü və makiyajını bəyənmədim. İndi belə geyim və makiyaj dəbdə deyil. Elə tədbirə qırmızı geyimdə qatılan Manana, Sevda Yahyayeva, Ruhi, teleaparıcı Xoşqədəm Hidayətqızının da geyim və rəng seçimləri uğursuz idi.  Soruşa bilərsiniz niyə? Söhbət ondan gedir ki,, onlar öncədən bilirdilər mükafat alacaqlar. Məhz qırmızı xalça üzərindən addımlayıb zala daxil olacaqlar. Amma onlar bu amili nəzərə almayıblar. Qırmızı xalçada qırmızı libas isə pis görünür”.

 

Stilistin fikrincə, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Zamiqin də geyimi tədbirə uyğun deyildi. “Aysel Əlizadənin geyimində isə uyğunsuzluq var idi. Əvəzində “Eurovision-2013” təmsilçimiz Fərid Məmmədov qəşəng geyinmişdi. Sırf Avropa stilində... Müğənni Elton Hüseynəliyevin geyimi heç xoşuma gəlmədi. 50 yaşında  kişiyə oxşayırdı. Prodüseri Anar Mədətov, ondan gözəl görünürdü. Müğənni Zarina Məmmədova: “Onun geyimi çox xoşuma gəldi. Həqiqətən də gözəl idi. Məni heyran etdi”. Model Günay Musayevanın ayaqları taxta kimi görsənirdi. Onun parametrləri imkan verir ki, gözəl libaslar geyinsin. Amma...”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3078
avatar

Yalçın UĞUR

Oxşar yazılar