Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş ABŞ-da tutulan həyat yoldaşı Rza Zərrabın ilk məhkəməsi üçün Mayamiyə yollanıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, tanınmış müğənni bildirib ki, aprelin 4-də keçiriləcək məhkəmədə iştirak edəcək və 3 həftə ABŞ-da qalacaq. İfaçı Mayamiyə gəlişini isə bu cür əsaslandırıb: "Rza məni yanında görmək istəyər".
R.Zarrab isə vəkilləri vasitəsi ilə bu sözləri deyib: "Qızımızı gətirməyin. Çünki bütün olanların ona pis təsir etməsini istəmirəm. Məhkəmə xeyrimizə bitəcək və ona bir yerdə qayıdacağıq". Onun bu sözləri isə Ebrunu kövrəldib.