Paytaxtımızda səfərdə olan Rusiyanın xalq artistləri İrina Muravyova və Boris Klyuyev mətbuat konfransı keçiriblər. Lent. az-ın məlumatına görə, onlar Səməd Vurğun adına Azərbaycan Rus Dram Teatrında A. N. Ostrovskinin “Na vsyakoqo mudretsa dovolno prostotı” əsərini nümayiş etdirəcəklər. Əsər Rusiyanın “Malıy” Dövlət Akademik Teatrında tamaşaya qoyulub. Tamaşada əsas rolu ifa edən B. Klyuyev deyib ki, ilk günün uğurlu olmasından məmnundur. Digər əsas rolun ifaçısı İ. Muravyova isə bildirib ki, o daim media işçilərindən yan qaçır,lakin bizim media nümayəndələrinin ona olan isti münasibətindən məmnun olub.
1236