Müğənni Röya Ayxan növbəti dəfə övlad sahibi olmaq istəyir. Lent.az-ın məlumatına görə, “5/5” verilişində qonaq olan ifaçı bildirib ki, qız anası olmaq istəyir: “Hər zaman oğlan uşağı istəmişəm. Son iki ildir ki, qız övladı istəyirəm. Oğlum üçün alış-verişə gedəndə qız libasları görürəm. Xoşuma gəldiyinə görə bacımın qızına alıram. Bu yaxınlarda mənə it bağışladılar. Öyrəndim ki, oğlandır. Dedim, neynirəm, evimdə də oğlum var. Qız olsun ki, onu qəşəng geyindirib, bəzəyim”.
Qeyd edək ki, 2008-ci il avqust ayında Anar Cəlilovla ailə quran Röyanın həmin evlilikdən 2009-ci il oktyabrın 25-də oğlu olub. Cütlük ötən il boşanıb.