Rəqsanə və anası  əməliyyat olunacaq
08 may 2013 10:50 (UTC +04:00)

Rəqsanə və anası əməliyyat olunacaq

Dünən müğənni Rəqsanə əməliyyat olunmaq ücün  Moskvadan Türkiyəyə gedib.  Müğənni bu barədə təfərrüatı ilə danışmaq istəməyib. Dediyinə görə, o, bu günlərdə ağır əməliyyat keçirəcək. Lent. az-a açıqlama verən müğənni bildirib ki, bu,  plastik əməliyyat deyil: “Ancaq onu deyə bilərəm ki, ağır əməliyyat keçirəcəm. Bunun ardınca anam əməliyyat olunacaq. İnşallah, sağ-salamat ayağa duraq, Türkiyədə yarıda qoyduğum  işlərimi tamamlamağı düşünürəm. Albomdan sonra klipimin çəkilişinə başlayacam.

Qızım əməliyyat zamanı yanımda olacaq. Həm də planlaşdırdıq ki, Aysunun moda sərgisi üçün parçalar alaq. Eyni zamanda o, bir çox tanınmış modaçılarla görüşəcək. Görüş üçün danışıqlar aparılıb.  Aysun Moskvada dizayn dərsləri keçir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2579
avatar

Yalçın UĞUR

Oxşar yazılar