Rəqsanə imtina etdi
16 avqust 2013 15:44 (UTC +04:00)

Rəqsanə imtina etdi

Müğənni Rəqsanə İsmayılovanın sentyabrda konserti olacağı ilə bağlı xəbər vermişdik. Lent.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutmalı olan konsert müğənninin istəyi ilə ləğv edilib. Rəqsanən başqa planları olduğunu bildirərək layihəni dayandırıb. Sənətçi sentyabrda özunun düşündüyü konsert proqramı ilə çıxış edəcək. Bu layihəni o, çoxdandır prodüser Toliklə düşünüb və həmin ayda həyata keçirməyə qərar verib. 

Bakıya bu məqsədlə gələn Rəqsanə İsmayılova hazırda bunun üzərində çalışır.

“Nahid bəy dostumuzdur və onun layihəsinə kölgə salmaram. Sadəcə, Toliklə planlaşdırdığımız konsertin üstündən xətt çəkmək istəmirəm. Düşündüm ki, bu, müəyyən fasilədən sonra ən yaxşı konsert layihəm ola bilər” – deyən sənətçi artıq Toliklə bir neçə konsert məkanına baş çəkdiyini və qərar vermə ərəfəsində olduqlarını bildirib. 

Buna qədər isə Rəqsanə vəd etdiyi kimi qızı Aysunun moda sərgisinin hazırlıqlarına başlayıb. Hazırda geyimlərin nümayişi üçün 100-dən çox model seçimi aparılır. Eyni zamanda məkan və ssenari müəyyən edilir. Bu günlərdə moda tədbirinin roliki çəkiləcək. 

“Neçə aylardır Türkiyədə həllini tapan albomumun təqdimatını Aysunun moda sərgisində təqdim etməyə qərar vermişəm. Tədbir maraqlı keçəcək. Moskvadan həm tanınmış bir müğənni və model qonağımız olacaq” – deyən sənətçi bildirdi ki, kiçik fasilənin ardınca konsert proqramı baş tutacaq. Eyni zamanda onun türkiyəli heyət tərəfindən ekran həllini tapacaq klipinin yayımı başlayacaq. Həmin klipi Türkiyənin kanalları da nümayiş etdirəcək.

Qeyd edək ki, Rəqsanənin Nahid Emiloğlunun hazırladığı konserti sentyabrın 10-11-i baş tutmalı idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823
avatar

Yalçın UĞUR

Oxşar yazılar