Rəqqasə Oksana Rəsulova yeni studiya açıb. Lent.az-ın məlumatına görə, “Shandramukhi” adlı qrup yaradan sənətçi konkurs elan edib: “Qrupa 5-10 yaş arası uşaqlar, 15-35 yaş arası gənclər qatıla bilər. Təhsil 1 illikdir. Eyni zamanda “Hind musiqisi sevənlər” adlı qrup da yaradılacaq. Burada milli rəqslə, yoqa, “belly dance” və “hiphop dance” ilə məşğul olmaq mümkündür. Müraciətlər iyunun 25-nə kimi qəbul olunur. Studiyamızda bəy-gəlin rəqsi öyrədilir, foto və video çəkilişlər, hind geyimlərinin kirayəsi də mümkündür”.
Hazırda Hindistanda olan Oksana Bakıya qayıtdıqdan sonra maraqlı layihə təqdim edəcəyini bildirib.