Rəqqasə Fatimədən ruhi xəstələrə MÜJDƏ
12 iyul 2014 15:06 (UTC +04:00)

Rəqqasə Fatimədən ruhi xəstələrə MÜJDƏ

Tanınmış rəqqasə Fatimə Fətəliyeva Şamıxıda yerləşən və ruhi xəstələrin müalicə olunduğu əlillər evinin sakinləri üçün iftar süfrəsi təşkil edib. Lent.az-ın məlumatına görə, Ramazan ayında xoş addım atan “Göyçək” ləqəbli rəqqasəyə sənət dostları da dəstək olublar. Belə ki, müğənnilərdən Roza Zərgərli, Sevda Sanaliyeva, Sevinc Ağaşirinova, Elvin Abbasov, reper Qurd, “Banu rərqs” qrupu, prodüser Aysel Məhəmməd da həmin tədbirdə iştirak ediblər.

 

Rəqqasə Fatimə qısa da olsa tədbir barədə öz fikirlərini bölüşüb: “Quranda da var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Mən bu müqəddəs ayda savayı hər zaman savab işlər görməyi özümə borc bilirəm. Şamaxıdakı əlillər evində keçirdiyim tədbirimizə gəldikdə çox gözəl gün yaşadıq. Deyərdim ki, həmin günü unutmayacam. Çünki orada ömürlərini sürən insanları görəndə ürəyim ağrıdı, özümü saxlaya bilmədim, kövrəldim. Çox pis oldum. Allaha çox şükür ki, özümü bir təhər toparlayıb, tədbiri keçirə bildim. Sənət dostlarım çox sağ olsunlar, birgə onları sevindirə bildik. Onlarda öz dəstəklərini əsirgəmədilər. Bu müqəddəs ayda Allah hər kəsin dualarını qəbul etsin”.

Xeyriyyə tədbirində iştirak edən Fatimənin rəfiqəsi, müğənni RozA Zərgərli də öz təəssüratlarını dilə gətirib: “Bu tədbirə görə ilk öncə dostum Fatiməyə çox sağ ol deyirəm. Şamaxıda belə bir tədbirin baş tutacağını deyən zaman düşünmədən razılıq verdim. Çünki o insanların diqqətə ehtiyacı var. Mən özüm də bu cür xeyriyyə tədbirləri təşkil etmişəm. Bu addımın necə məsuliyyətli, olduğunu bilirəm”.

 

# 1544
avatar

Oxşar yazılar