Caduya inanan məşhurlarımız  - 42 inək öldürən, qanla lənət etdirən...
04 may 2024 14:52 (UTC +04:00)

Caduya inanan məşhurlarımız - 42 inək öldürən, qanla lənət etdirən...

Bəzən işləri düz getməyən adamlar “Sanki mənə cadu ediblər. Yolum bağlanıb” kimi ifadələr işlədirlər. Caduya çoxları “inanmıram” desə də, qəlbinin dərin bir yerində inanır. Çünki insan həmişə bilinməzlikdən, sirli informasiyalardan həm qorxub, həm də onunla maraqlanıb. Bəs məşhurlar arasında caduya inananlar varmı? Var.

Məşhur ekstrasens Zirəddin Rzayev Lent.az-a verdiyi açıqlamada bildirib ki, onun yanına çoxlu sayda məşhurlar gəliblər. Əksəriyyəti  parlamaq, pul qazanmaq məqsədi güdsə də, kiminsə "evini yıxmaq" arzusuna düşənlər də olub. Lakin ekstrasens qara magiya ilə məşğul olmadığı üçün onları məyus edib.

Lent.az caduya inanan məşhurlardan bəhs edir. Öncə başlayaq özümüzünkülərdən.

Mərhum müğənni İlhamə Qasımova caduya çox inanırdı. Deyilənə görə, onun yanına üz tutduğu cadugər xaricdə yaşayırmış. O, bir dəfə düşmənlərinin ona cadu etdirmək üçün Sinqapurdakı məşhur görücüdən yardım istədiklərini bildirmişdi.

Nadir Qafarzadə də caduya inanan məşhurlardandır. "Caduya-fala inanıram. Bir dəfə mən depressiyaya düşmüşdüm. Ailəmi, həyat yoldaşım və uşaqlarımı görən gözüm yox idi. Falçıya üzr tutdum. Sən demə, mənə cadu ediblərmiş. Getdim bir xanım baxıcının yanına, mənim üstümdə kəfən cırdı və dedi ki, sənə cadu ediblər. Ondan sonra da hər bir çətinliyim bitdi. Bu işə 1000 manat xərcim çıxdı",- deyə o illər öncə verdiyi müsahibədə deyib.

Müğənni Yeganə də caduya inanır. O, “mənə kim pislik etmək istəyirsə, Allaha həvalə edirəm” deyir.

Müğənni Natəvan Həbibi müsahibələrinin birində "Bacımla çoxlu fala baxmışam. Cadu var, mən də ona inanıram. Axır vaxtlar hiss edirəm ki, məndə cadu var. Çünki çox bərk xəstələnmişdim. Deyirəm, bəlkə mənə cadu ediblər? Sizə bir olmuş hadisəni danışmaq istəyirəm. Bağ evimizin yanında yaşayan rəfiqəm elə-belə falçıya gedibmiş. Orda da falçı deyib ki, bir qız gəlmişdi, Natəvan Həbibinin şəkilini gətirmişdi, dedi ki, ona nə isə elə” deyib.

Müğənni Xuraman Şuşalı "Falçıya getmişəm, ancaq inanmıram. Falçının mənə yazıb verdiyinə də əməl etmirəm. Ancaq 100 faiz bilirəm ki, vaxtında mənə nə isə ediblər, sümüyümə cadu ediblərmiş ki ölüm" deyib.

Hazırda İsveçdə yaşayan müğənni Ziyafət Yaqubova "Sənətdə bir qadın və bir kişi müğənni mənə cadu eləyir. Mən çox güclü insanam, onlar məni məhv edə bilməyəcək. Bir neçə vaxt bundan əvvəl bir nəfər ekstrasens xanımla danışdım. O dedi”, deməklə inamını təsdiqləyib.

Xarici ulduzlardan da caduya inanan var.

Deyilənə görə, Madonna bütün sevgililərinə əvvəlcə cadu etdirir ki, həmişə ondan asılı vəziyyətdə qalsınlar, ayrıldıqdan sonra isə onları lənətləyir. Onun satanist olduğu da deyilir.

Yaxın rəfiqələri Perisi "şeytanın dostu" adlandırır. Hiltonun yaxın rəfiqəsi Nikol Riçinin dediyinə görə, onun işləri heç yolunda getmirmiş. Dostları da ona Hollivudun məşhur falçısı Həkim Zmeyi məsləhət görüb.

Maykl Cekson rejissor Stiven Spilberqə və daha 25 musiqiçiyə ölməsi üçün cadu etdirib. Ritual İsveçrədə Babi adlı cadugər tərəfindən həyata keçirilib. Əvəzində isə ondan 150 min dollar istəyib. Cadu 42 inək vasitəsilə edilib. Heyvanların kəsilməsində Cekson bilavasitə iştirak edibmiş. Amma müğənni pulu verməyib və onlar arasında qalmaqal düşüb. Deyilənə görə, Babi bütün lənəti Ceksonun özünə yönəldib.

 Cennifer Lopez şəxsi cadugəri Merl Qonsalesdən xəbərsiz addım atmır. O, heyvan qanına edilmiş cadu ilə düşmənlərini dəf edir.

Sən demə, aktrisa Penelope Kruz istədiyi filmə çəkilmək üçün rejissorlara cadu etdirirmiş. Hətta bir dəfə çəkildiyi filmə sponsor tapılmadığı üçün çəkilişlər dayandırılıb. Bunu görən, Penelope cadugərlərin köməyi ilə filmə sponsorlar da cəlb edib.

Demi Mur həyat yoldaşı Bryusdan boşandıqdan sonra depressiyaya düşüb. Sən demə, buna səbəb aktrisanın Bryusa cadunun köməyi ilə ərə getməsi imiş. 

Deyilənə görə, Kameron Diaz hələ orta məktəbdə oxuyandan caduyla məşğul olurmuş. O, çəhrayı rəngli alt paltarına magik rituallar etdirirmiş ki, məktəbdə bütün oğlanlar onun dərdindən dəli olsun, müəllimlər ondan dərs soruşmasın və imtahanlardan yaxşı qiymətlər alsın. Kameron indi də bu vərdişini unutmayıb. Bir iş dalınca gedəndə həmin cadulu çəhrayı alt paltarlarını geyinir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar