Azərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə Fətəliyeva yeni fotosessiyasını təqdim edib. Fotokameralar önünə keçən rəqqasə müxtəlif obrazlarda şəkillər çəkdirib. Bununla bağlı Lent.az-a danışan rəqqasə çəkilişlərin uğurla yekunlaşdığını söylədi. “Xeyli müddət idi ki, fotosessiya etmək niyyətində idim. Çünki əksər internet portalları mənim yeni şəkillərimi tələb edirdilər. Amma işlərimin çox olması bu istəyimi yubadırdı. Nəhayət ki, şeytanın ayağını qırıb, fotosessiya etdim. Düşünürəm ki, müxtəlif obrazlarda çəkdirdiyim şəkillər yaxşı alınıb”, - deyə rəqqasə əlavə edib.
2553