Rejissor Flora və İlhamənin kliplərini bir alboma topladı
04 noyabr 2013 10:32 (UTC +04:00)

Rejissor Flora və İlhamənin kliplərini bir alboma topladı

Rejissor Nail Naiboğlu çəkdiyi kliplərdən ibarət albom hazırlayıb. Lent. az-ın məlumatına görə, N. Naiboğlu rejissorluq fəaliyyətinin ilk günlərindən çəkdiyi 200 klipdən 25-ni bir albomda cəmləşdirib. O, alboma "Payız" adını verib. Rejissora bu işdə prodüser Pərviz Oqtayoğlu dəstək olub: "İndi payız olduğu üçün və Manananın ifa etdiyi "Payız" mahnısına çəkdiyim klipə görə alboma bu adı verdim”.

Albomda diqqəti çəkən bir məqam da var. Belə ki, N.Naiboğlu Azərbaycanın xalq artistləri İlhamə Quliyeva ilə Flora Kərimovaya çəkdiyi kliplər də bu albomda yer alıb.

Qeyd edək ki, albom tezliklə satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037

Oxşar yazılar