Rəhim Rəhimli klip çəkdirib
13 mart 2015 10:09 (UTC +04:00)

Rəhim Rəhimli klip çəkdirib

Müğənni-bəstəkar Rəhim Rəhimli ilk dəfə repertuarına türk mahnısı daxil edib. Lent.az-ın məlumatına görə, "Tərk-i dünya" adlı mahnının sözləri Murad Günəşə məxsusdur. Gənc şair Azər Şirin mahnını Azərbaycan dilinə çevirib.

R.Rəhimli yeni mahnısına klip də çəkdirib. Ekran işinin rejissoru Anar Hüseynovdur. Sənətçinin klipdə tərəf müqabili "Miss Şarm Azərbaycan 2014" seçilmiş Natavan Əfəndiyevadır.

Foto: Rəşad Əkbərli

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar