Dünən müğənni Röya iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Pal FM” radiosunun mükafatlandırma mərasiminə qatılıb. Bu barədə Lent.az-a məlumat verən müğənnin prodüseri Kənan Bayramov deyib ki, onlar artıq bir neçə gündür, Türkiyədə səfərdədirlər: “Mərasimdə “İlin ən yaxşı mahnısı”, “İlin müğənnisi”, “İlin ən yaxşı debütü” və bir çox nominasiya üzrə qalib olan sənətçilər təltif olunurdu. Röya dünən mükafat almadı. Çünki, o fəxri qonaq idi”.
Qeyd edək ki, mərasim Mübariz Mənsimovun sahibi olduğu “İstanbul Edition otel və Billionare Club”da keçirilib.