Ötən gün prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülən xanəndə Bəyimxanım Vəliyeva sevincini bölüşüb. Lent.az-a açıqlama verən B.Vəliyeva təəssüratlarını bu sözlərlə ifadə edib: “Xəbəri eşidəndə inanmadım. Hər bir sənətçi üçün bundan böyük sevinc, güc və stimul ola bilməz. Məsuliyyətim daha da artdı. Mən dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə və sənətimə qiymət verən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Bütün ad alan sənət yoldaşlarımı da təbrik edirəm”.
B.Vəliyeva onu da əlavə edib ki, bu tədris ilindən etibarən Azərbaycan Milli Konservatoriyasında müəllim kimi çalışacaq.